POETİK QİRAƏTdə Əlizadə Nurinin “Məni oğulluğa götür, ay vətən...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə  “Məni oğulluğa götür, ay vətən...” şeiri ilə. 

Təbii ki, yenə də öz təəccübləndirir, heyrətləndirir şair. 

“Bir ata itirdim günün qəm çağı

Məni oğulluğa götür, ay vətən...”

Gözəldir deyilmi? 

Xoş mütaliələr!

 

Daşını gözüylə öpüb oxşayan

Bir ata itirdim günün qəm çağı

Məni oğulluğa götür, ay vətən...

 

Bir uzaq, kimsəsiz adayam indi,

Bu tayam, bir az da o tayam indi.

Nə olsun, özüm də atayam indi

Məni oğulluğa götür, ay vətən.

 

Göyünü qoruyan quşun olaram,

Lap bu tək canımla qoşun olaram.

Düşmənin bağrında qurşun olaram

Məni oğulluğa götür, ay vətən..

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)