İntizar ədəbiyyatı - Əli Tudə, "Dilim yorulmadı" Featured

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Dilim yorulmadı vətən deməkdən,

Yox, yalnız əridi bədənim mənim,

Uçan qaranquşdan, əsən küləkdən 

Soruşdum necədir vətənim mənim? 

 

Fəqət usanmadım mən bircə yol da ,

İnsan axtarmazmı deyin itəni?

İstədim ötəni saxlayıb yolda

Vətəni soruşam yenə, vətəni... 

 

Vətən! Bir dəfə də görsəydim səni,

Dünyanın hüsnünü səndə duyardım.

Qınamasaydılar dostlarım məni,

Adımı dəyişib vətən qoyardım.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)