Güney Azərbaycan Poeziyası Antologiyasında Arğın Paşanın “Özümü tapa bilmirəm” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın  şeirlərini təqdim edir. 

 

 

 

ÖZÜMÜ TAPA BİLMİRƏM

 

Külqabı, stəkan... Boşalır tez-tez

Bir payız gecəsi, beş-altı şair.

Göz-gözü görməyir tüstüdən daha

Və dərdlər tökülür ortaya bir-bir.

 

Keçmişə sürüyür, sabaha çəkir,

Yenə də gülürəm bu çağımda mən.

Ucqarda görünür ayaq izlərim,

Donmuşam hələ də qucağında mən.

 

Bir neçə saatdır sənin dalınca -

Getmişəm, özümü tapa bilmirəm.

Çağırır dostlarım, hardasan, Paşa?!

- İtmişəm, özümü tapa bilmirəm...

 

Sağlıqlar düzüldü masanın üstə,

Yenidən özümdə yaratdım səni.

Acı keçmişimi çəkdim başıma,

Bir qurtum şərabda unutdum səni.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)