Güney Azərbaycan Poeziyası Antologiyasında Arda Xaninin “Bu günlər” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin  şeirlərini təqdim edir. 

 

 

BU GÜNLƏR

 

Gülüşüm ağacdan tökülən yarpaq,

Pəncərə önündə gözüm yoldadı.

İçimə atdığım neçə xətt şeir,

Bəlkə də hər şeyim qalma-qaldadı!

 

Nə qədər dayansam, nə qədər getsəm,

Yolumu tapmağa həvəs yox daha.

Dağlayıb çox zaman əlimin dalın,

Hər dönə batıram yeni günaha.

 

Gördüyüm bu insan, mənə bənzəmir,

Bu günlər uduram çox sözlərimi.

Gözümü yumanda ölürəm sanki,

Qorxuram bağlayam, aç gözlərimi.

 

Bu günlər görürsən acı çəkirəm,

Beynimdə sevginin gülləsi qalıb.

Üstümə qar yağıb qış, borandayam,

Canımda ölümün çilləsi qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)