POETİK QİRAƏTdə Əlizadə Nurinin “Fırlanır” şeiri Featured

Rate this item
(0 votes)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də daimi müəllifimiz Əlizadə Nuridir. “Fırlanır” şeirini o, dostu Ələddin Məcidova ithaf edib. 

Xoş mütaliələr!

 

Neçə acın yuxusunda,

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib-

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan- yörəsində

Gözümün yaşı fırlanır.

 

Bu yarpaq da bir çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi-

Nə qədər naşı fırlanır..

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2024)