Digər finalçıların şeirləri - ELÇİN MƏHƏRRƏM Featured

Rate this item
(0 votes)

“Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsi başa çatdı, qaliblər mükafatlandırıldılar. 

 

“Ədəbiyyat və incəsənət” portalının da xəbər verdiyi kimi, müsabiqənin mükafat yerləri aşağıdakı kimi bölüşdürüldü:

I yer: 

Cavid Qasımov;

II yer: 

Rəşad Nağı Mustafa, 

Allahşükür Ağa;

III yer: 

Eminquey, 

Seyyidəli Sübhi, 

El Roman

Beləliklə, 10 finalçıdan 6-sı mükafatlandırıldı. Amma digər 4 finalçının da şeirləri diqqətçəkən idi və ən azından portalımızda dərc edilərək geniş oxucu kütləsinə təqdim edilməyə dəyər. Bu gün Elçin Məhərrəmin şeirlərini təqdim edəcəyik.

 

 

Elçin Məhərrəm

 

Qoca, ip və ada

Ümid deyilən şey -


səhər saat altıdan


böyük balıq tutmaq üçün


xarabasından çıxan
qocadı.


Qarmağı- uşaqlıqda


cırcıramaların
quyruqlarına bağladığı


ip qədər uzundu.


Balıqsa - Vaqifin
"Uzaq yaşıl adasından "
gəlir.


 

Bu nə birincidir nə də sonuncu


 

Hökm verildi.
Qalxdı ağır -ağır


cəllad zamanın iti baltası.


Bu nə birincidir nə də sonucu

Eşafotu yoxdur onun


Edam yeri: təqaüd aldığın bankomatın
qabağı,


təyyarənin yumşaq
oturacağı,


sevgilinlə nə vaxtsa yatdığın
yatağın kənarı.



O gün saydım düz 32 baş tullandı
boşluğun qara çuxuruna,


Düz 32 min dildə qışqırdı qara çuxur.


Qışqırdı ki: Daha bəsdir yerim yoxdur.


Mən şair ürəyi, rəssam əli,
filosof dili istəyirəm.


Göndər gəlsin.
Onlara ki, yerim çoxdur .

Hökm verildi.


Endi bir anda
cəllad zamanın iti baltası

Bir şair infakt keçirdi
yeni şeirini yazarkən,

bir rəssamın tikəsini tapdılar

top mərmisin
tozanağı çəkiləndə,


bir filosofun dilindən asdılar


tanış saat qülləsinin əqrəbindən.

Bu nə birincidir nə də sonucu...

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)