POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vaqif Səmədoğlu, “Bu payız da başlandı…” Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

85 illik yubileyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlu öz möhtəşəm şeirləri ilə dünən də yaşayıb, bu gün də yaşayıb, sabah da yaşayacaq. Onun dillər əzbəri olan şeirlərini xatırlatmaqla şəxsiyyətinə olan böyük sevgimizi bir daha izhar edirik. 

 

Bu payız da başlandı,


Bu yağış da…


Ölülərim,
Dirilərim dolanır içimdə,


Xatirələr səyriyir gecəmdə,


Təkliyimi minib at tək


Yanır
sönür
ötür ömrüm…


Ekspreslər dayanmayan


Kiçik stansiyalar tək

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)