POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vaqif Səmədoğlu, “Bir axşam taksidən…” Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

85 illik yubileyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlu öz möhtəşəm şeirləri ilə dünən də yaşayıb, bu gün də yaşayıb, sabah da yaşayacaq. Onun dillər əzbəri olan şeirlərini xatırlatmaqla şəxsiyyətinə olan böyük sevgimizi bir daha izhar edirik. 

 

Bir axşam taksidən düşüb payıza

Bilmədik haraya, hayana gedək

Bahar həsrətiylə payız axşamı


Yenə həzin-həzin titrədi ürək

 

Yağışın əlindən qaçıb bir küncə

Dayandıq üzümüz dənizə sarı

Yenə tapılmadı payız gəlincə


O uzaq günlərin itmiş açarı…

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)