Eva Merriamın uşaq şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

 

Bu gün tanış olacağınız şeir Eva Merriama aiddir. O, Amerika şairidir.

 

Eva Merriam

(1916-1992)

ABŞ

 

Dizlər

 

İməkləyir gör necə

Çağalar dizi üstə.

Mən çıxıram dizimlə,

 

Düşürəm üzü üstə.

Bax, yatmağa gözəl yer

Anamın dizləridir.

Pişik balaları

Pişik balalarının

Əynində xəz paltosu

Yatanda yazıqların

Kəsilmir xorultusu.

Dayaz qabda, bax, onlar

Gör bir necə süd içir.

Yalayanda bığını

Könlündən balıq keçir.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2024)