İntizar ədəbiyyatı - Söhrab Tahir, "Arazım" Featured

Rate this item
(0 votes)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Ovuclayıb içdim səni, 

Dənizləşdi gözlərim. 

Mən suvardım gözlərimlə 

Həsrət qalan düzləri. 

Adın mənə qüvvət verdi, 

Bükülmədi dizlərim. 

Qoy alnına həkk olunsun 

Taleyimin sözləri. 

Çay bəxtini girov qoyan, 

Yazıq, nəcib Arazım! 

Öz yurdunda lənətlənmiş 

Doğma, qərib Arazım! 

 

Qayaların kölgəsindən 

Yaşmaq tutma bu sayaq.

Səndə batmış illərimi 

Gəl, bir yerdə biz sayaq, 

Daha qopur qəzəblərin 

Sarayından daş, suvaq, 

Bu dünyadan sərhədləri 

Bir götürək, 

Bir udaq,

Taleyinin dirəkləri 

Göyə dəyən Arazım, 

Məftilləri gül açmayan, 

Göyərməyən Arazım.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)