Oqden Neşin uşaq şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

 

Bu gün tanış olacağınız şeirlər Oqden Neşə aiddir. O, Amerika şairidir.

 

 

Oqden Neş

(1902-1971)

ABŞ

 

İnək

 

Bu inək builkidir

Buğa bəyin ilkidir.

Bir yandan “moo-moo” deyir,

Bir yandan da süd verir.

 

Birə, milçək bacada

 

Düşmüşdü əsirliyə

Birə, milçək bacada.

Milçək bezdi: – Gəl qaçaq!

Birə dedi: – Gəl uçaq!

Düz bacanın başından

Tez yol tapıb uçdular.

 

 “Ədəbiyyat və incəsənət”

(07.06.2024)