Mükafatlandırma mərasimi iyunun 10-da olacaq Featured

Rate this item
(1 Vote)

İyun ayının 10- da saat 14:00-da "Natəvan" klubunda "Ulduz" aylıq ədəbiyyat dərgisi və AYB Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş,  35 yaşa qədər qələm adamları  arasında keçirdiyi  poeziya müsabiqəsinin  qaliblərinin  mükafatlandırılması mərasimi keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalının müsabiqənin Təşkilat Komitəsindən aldığı məlumata görə, tənqidçi Seyfəddin Hüseynli, filoloq Günay Səma Şirvan, şair  Taleh Mansur, yazıçı Varisin üzvü olduğu münsiflər heyətinə AYB katibi, şair Səlim Babullaoğlu rəhbərlik etmişdir. 

Qaliblər pul mükafatı və diplomla qiymətləndiriləcəklər.

Təşkilat komitəsi müsabiqə iştirakçılarını, ədəbiyyatsevərləri, bütün Vaqif Səmədoğlu poeziyasının vurğunlarını mərasimə dəvət edir.

Xatırladırıq ki, müsabiqənin qalibləri onlarla  müəllif arasından münsiflərin rəyi ilə aşağıdakı şairlər seçilmişlər: Cavid Qasımov (1-ci yer), Rəşad Nağı Mustafa və Allahşükür Ağa (2-ci yer), Eminquey, 

Seyidəli Sübhi və El Roman (3-cü yer).

Müsabiqənin təşkikati dəstəkçisi: "Kəpəz hospital"; İnformasiya dəstəkçisi: "Ədəbiyyat və İncəsənət" portalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)