“Heç bir yaxşılıq əvəzsiz qalmaz" - TƏRCÜMƏ ƏDƏBİYYATI Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Heç bir yaxşılıq əvəzsiz qalmaz” pritçasını təqdim edir. Pritça məşhur fransız yazıçısı Aleksandr Düma barədədir. Bu məşhur pritça dünya ədəbiyyatında bir çox hekayə və esselərin yazılmasına təkan verib. Həqiqətən də çox ibrətamiz əhvalatdır. 

Pritçanı rus dilindən dilimizə İşıl Yolçiyeva tərcümə edib. 

 

Parisin kənarında, çirkli Maturen-Saint-Jacques küçəsinin ən sonunda darıxdırıcı beşmərtəbəli bir ev vardı. Çardağın altındakı mansardı qıyıq asiyalı gözlərə malik hündür, qıvrımsaçlı bir gənc kirayələmişdi. 

Səhər o, köhnə, nimdaş görkəmdə Orlean hersoqunun ofisinə tələsirdi və burada kiçik katib kimi xidmət edirdi. Sıx paltosunun dirsəkləri və pantalonunun dizləri nimdaşlıqdan parıldayırdı. 

Gənc xaincəsinə parıldayan yerləri hər gün mürəkkəblə örtürdü ki nəzərə çarpmasın. Orlean hersoqunun ofisində mürəkkəb bol idi axı. 

O, çox məhdud qidalanırdı: soğanla və suyla qarışdırılmış çaxırla (Fransada pis şərab kerosindən daha ucuzdur). 

Oğlan soğana nifrət edirdi və şəraba da biganə idi. 

Yaşadığı evin qarşısında kiçik bir traktir var idi. Qapının üstündə iri balqabaq ölçüsündə misdən şam qozası asılmışdı. Müəssisə elə bu cür - "Şam qozası" adlanırdı. 

Bəzən işdən sonra gənc buraya gəlir və uzun müddət qızardılmış kartofun ətirini cyərlərinə çəkirdi. Sonra da traktirin sahibinə utancaq tərzdə deyirdi: 

-Mümkünsə bükün…

-Ancaq sən mənə qırx frank borclusan, -deyə Girardo Ata qəzəblənirdi. 

-Bir az gözləyin, - gənc onu əmin etmək istəyirdi, - tezliklə varlanacağam və səxavətlə borclarımı ödəyəcəyəm.

Nəticədə o, çardağına bir az qızardılmış kartof apara bilirdi hər dəfəsində. Girardo Ataya olan borcu isə getdikcə artırdı.

Beləliklə, bir gün qıyıq gözləri olan, hündür, qıvrımsaç gənc itdi. Çardağın altındakı otağını eynən parlaq kətan pantalonlarda  başqa bir gənc tutdu.

İllər keçdi. "Şam qozası" traktiri tənəzzülə uğradı. Kasıb bir tələbə məhəlləsində yaxşı ürəyə malik meyxanaçının varlanması elə də  asan deyil. 

Nəhayət, Girardo Ata qapısını qıfıllaylb oradan çıxdı. İndi o, Saint-Germain adlı aristokratik məhəllədə kiçik bir köşkdən ticarət edirdi. Bəlkə trüfel göbələyi və şampandan bezmiş varlılardan biri qızardılmış kartofdan dadmaq istəyəcəkdi  hər halda?

Bir dəfə köşkün yanında bir neçə atın çəkdiyi fayton dayandı.

Əvvəlcə gümüş toqqacıqlı keçi dərisindən ayaqqabılar göründü. Sonra faytondakı cənab tam olaraq görüntüyə gəldi. Albalı rəngli palto, qar kimi bəyaz frak və bütün bunların fövqündə qıvrım boz saçlar və gənc asiyalı gözləri. 

Müqəddəs Məryəm! Girardo Ata çardaqdakı kasıb gənci dərhal tanıdı. Və gənc də borclu olduğu bu şəxsi tanıdı, onu qucaqladı və geniş sinəsinə sıxdı. 

- Mən deyəsən, sizə borcluyam? - zəngin gənc soruşdu.

-Düz iki yüz frank, - tacir həvəslə cavab verdi, - İndi versəydin lap yerinə düşərdi!

-Üstümdə pulum yoxdur, - gənc dedi, - qardaşına elə də çox pul vermirlər. Ancaq səxavətlə ödəyəcəyəm borcumu. Mən sənə ölənədək borcluyam. 

Və təəccüblənmiş tacirin çiyninə əliylə vuraraq, o, qapısında qızıl qalunlu canlıq geyinmiş qapıçının xidmət etdiyi lüks bir mənzilə girdi. 

Üç ay keçdi. Girardo Ata evə qayıdırdı. Bu gün bir dənə də olsun kartof sata bilməmişdi. Göründüyü kimi, trüfellər və şampan aristokratları o qədər də tez bezdirmirmiş. O, tini döndü və donub qaldı. Onlarla qəşəng ekipaj heyəti Matyuren -Saint-Jacques küçəsini - bir vaxtlar traktiri yerləşən doğma küçəni kəsmişdi. Onun qapısı qıfıllı traktirinin yanında insanlar toplaşmışdı. Parlaq silindrlərdəki bəzənmiş cənablar ayaqlarındakı laklı başmaklarla bağlı qapını döyəcləyərək qışqırırdılar:

- Tez açın, bizim əziz Girardo! Biz acıq!

- Nə məsələdir? - tacir təəccüblə soruşdu. - Mən sizə nəyisə borcluyam?!

Adamlardan biri ona təəccüblə baxdı:

- Bilmirsən, qoca? Bəli, bu "Şam qozası"dır! Fransanın ən dəbli traktiridir. 

- Məni lağa qoyursan! - Girardo yazıq-yazıq dedi. 

Şəxs cibindən parlaq örtükdə bir kitab çıxardı.

- Oxuya bilirsən?

Baba Girardo başını tərpətdi.

Şəxs kitabı açdı və oxumağa başladı:

- "Həyat indi çəhrayı rəngdə görünür!.."- sözlərini oxuyunca Hersoq qışqırdı. Sonra o və dostları Maturen-Saint-Jacques küçəsindəki gözəl “Şam qozası" traktirinə getdilər, burada çox hörmətli usta Girardo onları doyunca yedizdirdi..."

- Mənə bunu yazanın adını deyin! - təsirlənmiş tacir qışqırdı.

Və cavab eşitdi:

- Aleksandr Düma! 

Girardo Ata kitabın müəllifinin rəsmini görüncə dərhal qıyıq gözlərindən onu tanıdı. 

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)