POETİK QİRAƏTdə Əlizadə Nurinin “Ölüb bu dünyadan qisas alasan... “ şeiri Featured

Poetik Qiraətdə bu gün sizlərlə yenidən Əlizadə Nuri görüşür. “Ölüb bu dünyadan qisas alasan...” deyir şair. 

Elə şeirin adı bütöv bir poemyaya tay sayıla bilər. 

Xoş mütaliələr!

 

Ölüb bu dünyadan qisas alasan...

 

Sönmək çətin olur, nə var yanmağa?

Mənə ümid verin daldalanmağa...

Bir hava çalasan havalanmağa-

Ya kaman alasan, ya saz alasan.

 

Mən batan dəryalar dərinmiş, demə,

Üşüdüm- günəş də sərinmiş, demə...

Dünyanın dərdi də şirinmiş, demə-

Amma ki alanda bir az alasan...

 

Bu mənim başımdı- qəssab verəndi,

Hesab bilməyənlər hesab verəndi...

Sənə ki bu qədər əzab verəndi-

Ölüb bu dünyadan qisas alasan...

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)