Klassik uşaq ədəbiyyatından seçmələr – XANIMANA ƏLİBƏYLİ, “Yol” Featured

“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Xanımana Əlibəylinin “Yol”  şeiri təqdim ediləcək.

 

Yollar dünyada çoxdur,

 Sayı-hesabı yoxdur.

Bostan yolu, bağ yolu,

Aran yolu, dağ yolu.

 Bir yol var ki, dünyada

 Onu getmirsən hədər.

 Həmişə düşür yada,

 – Qoca olana qədər.

 Bax, uşaqla doludur,

O, məktəbin yoludur.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)