İntizar ədəbiyyatı - Mədinə Gülgün, "Səni unuda bilmirəm" Featured

Heyran Zöhrbova, “Ədəbiyyat və incəsənət”

 

Hərdən 

unuduram qələmi, kağızı. 

Unuduram, 

Şair olduğumu da. 

Sözləri nəğməyə çevirməkçin 

Bulud kimi 

dolduğumu da. 

Unuduram, 

Dünyanın alını-verini, 

Sevincini, qəmini. 

Unuduram, 

Ömrümün ən şirini olan 

uşaqlıq aləmini. 

Fəqət, Səni unuda bilmirəm 

Ey şəhərlərimin 

Qoçağı, igidi Təbrizim. 

Gəncliyimin, 

Azadlığımın,

Ağ günümün

Şahidi Təbrizim.

 

“Ədəbiyyt və incəsənət”

(17.05.2024)