Klassik uşaq ədəbiyyatından seçmələr – ABDULLA ŞAİQ, “Qızıl gül” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Abdulla Şaiqin “Qızıl gül” əsəri təqdim ediləcək.

 Qızılgüləm, qızılgül,

Məni sevər hər könül.

Yaşıldır incə belim,

Qızıldandır hər telim.

 

 Səhər erkən açaram,

Gözəl qoxu saçaram.

Ətrim tutar hər yanı,

 Mənim kimi gül hanı?

 

 Mən əllərdə gəzərəm,

 Süfrələri bəzərəm.

Mənəm gözəl qızılgül,

 Sən ey qönçəm, açıl, gül.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)