“Ulduz” jurnalı tələbə oxucularının naminə qiymətini ucuzlaşdırdı

Oxunan və sevilən “Ulduz” jurnalının redaksiyası oxucularına müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Əziz dostlar! Çoxsaylı tələbə oxucularımızın rəyini nəzərə alaraq,  dərgimizin  qiymətini ENDİRDİK. 

Növbəti ildən "Ulduz" jurnalının  satış qiyməti və aylıq abunə haqqı 2 AZN deyil,  cəmi 1 AZN təşkil edəcək. 

Abunəçilərimiz   6 aylıq abunə haqqı üçün 6 AZN,  illik abunə haqqı üçün isə cəmi 12 AZN ödəməklə dərginin müvafiq saylarını əldə etmiş olacaqlar. Abunə yazılmaq üçün aşağıdakı mətbuat yayımı birliklərinin telefon nömrələri ilə əlaqə  saxlaya bilərsiniz: 

●"Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyəti. 

Tel: (012)441-19-91

         (012)440-16-26

●"Qaya" Mətbuat Yayımı.       

Tel: (012)566-77-80 

●"Qasid" MMC .

      Tel: (012)493-14 - 06

☆Dərgini pərakəndə əldə etmək   üçün aşağıdakı kitab mağazalarına müraciət edə bilərsiniz: 

●"Kitabevim.Az

 (Ünvan: Nəsimi r., Puşkin k., 32a "AK center" II mərtəbə, "28 May" metrosunun yaxınlığı1.

  Tel: 498-79-89 ) 055-877-24-44

●"Bayatı" kitab mağazası (Ünvan: Səbail r., Xaqani k. 53, "Sahil" metrosunun yaxinlığı.

Tel: 055-264-75-52 )”

Əlbəttə ki, hər şeyin bahalaşdığı bir zamanda “Ulduz” jurnalı redaksiyasının oxucuları naminə atdığı bu addım təqdirəlayiqdir. Biz də oxuculara səslənirik: “Ulduz” alın, “Ulduz” oxuyun!