Məşhur Amerika yazıçısı Joan Didion vəfat edib

 "Sehrli düşüncə ili" (The Year of Magical Thinking, 2005) memuarı ilə o cümlədən Azərbaycan oxucusuna da tanış olan Amerika yazıçısı, xanım Joan Didion cümə axşamı həyatının 88-ci baharında vəfat edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Associated Press agentliyinə istinadən məlumat verir.
Gecə saatlarında yazıçının ölüm xəbərini ilk olaraq onunla işləyən "Penguin Random House" nəşriyyat evi bəyan edib.
"Didion ölkənin ən dərindən yazan və həm də ən dərindən müşahidə edən yazıçılarından biri idi. Onun ən çox satılan bədii əsərləri, şərhləri və memuarları bir çox mükafatlara layiq görülmüşdü və müasir klassika hesab edilir", - deyə AP nəşriyyatın bəyanatından çıxarışları sitat gətirib. Bəyanatda o da qeyd edilir ki, Didionun ölümünə Parkinson xəstəliyi səbəb olub.
Yazıçı 1934-cü ildə Sakramento şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. 2006-cı ildə bioqrafiyaya və ya avtobioqrafiyaya görə Pulitser mükafatına namizəd olub. 1970-ci ildə dünya "The Times" jurnalının 1923-cü ildən 2005-ci ilə qədər ingilis dilində yazılmış 100 ən yaxşı romanı siyahısına daxil etdiyi “Play It as It Lays” romanı ilə tanış oldu. 1972-ci ildə Didion və Con Qreqori Dunnun birgə ssenarisi əsasında çəkilən "Yazılan kimi oyna" (Play It as It Lays) dramatik filminin premyerası oldu. Bu roman və bu film Didionu nəinki Amerikada, bütün dünyada məşhurlaşdırdı. Sonra da davamı gəldi. Amma amansız Parkinson xəstəliyi və qocalıq hər şeyi dayandırmış oldu.