Şəhidlər barədə şeirlər – Məlik Zülfüqarov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Məlik Zülfüqarova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

MƏLİK KAMRAN OĞLU ZÜLFÜQAROV

(27.07.2001.-21.10.2020.)

 

Əslən Kürdəmir rayonunun Karrar qəsəbəsindən olan, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 ƏBƏDİ YAŞAR MƏLİK

 

Anan səni böyütdü Min bir əziyyət ilə.

Sən də sevdin ananı, Sonsuz məhəbbət ilə.

Qəlbin tər-təmiz idi, arzuların bir ümman.

Taleyi heç kim bilmir,onu yazır yaradan.

 

İllər keçdi, dolandı, oldu on səkkiz yaşın.

Əsgərliyə yollandın, hər əsgər bir qardaşın.

Cəsur bir əsgər oldun, razıydı komandirin.

Yerinə yetirirdin ləyaqətlə hər əmrin.

 

Müharibə başladı, Vətən qorunmalıdır.

Məqam gəlib, yağının burnu ovulmalıdır.

Atıldın döyüşlərə minlərlə əsgərtəki,

Heç qorxmadaın ölümdən Vətən yaşasın, təki.

 

Füzulinin uğrunda  göstərdin çox rəşadət.

Tanrım özü vermişdi,  sənə mərdlik, şücaət.

Sən  şəhid oldun, Məlik, əbədi yaşar, ölməz…

Adın xalqın qəlbində ürəklərdən silinməz.

 

Əziz anan Yeganə, bilirsən, nə eylədi?

Məlik qəhrəman olub, başqa yol yox, söylədi.

Şəhid müavinətin bağışladı orduma:

-Ordum qüvvətli olsun, müjdə versin yurduma.

 

Dünyaya gəldin,  Məlik, Karrar adlı bir eldə.

Səni sevənlər vardır indi artıq hər yerdə.

Məlik, səni həmişə xatırlayar xalqımız.

Mərdləri unutmağa yoxdur bizim haqqımız.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)