Türkiyənin “Yazsader” dərnəyinin iki yaşı qeyd ediləcək

 “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 18 yanvar 2024-tarixində İzmir şəhərinin “Karşıyaka Belediyesi Çarşı Kültür Merkezi”ndə “Yazsader”in (Yazarlar ve Şairler Dayanışma Derneği) yaradılmasının  iki yaşı qeyd ediləcəkdir.

(https://www.yazsader.org/). 

Bu barədə portala “Yazsader”dən məlumat verilib. 

 

Dərnəyin başqanı Türkiyənin sevilən yazıçılarından biri olan Cemal Durmazdır. Dərnəyin 169-dan çox üzvü (içlərində  bir neçə bestseller müəllifləri yazıçılar mövcuddur), müxtəlif şəhərlərdə xeyli sayda təmsilçiləri vardır. Azərbaycan təmsilçisi isə Azərbaycan yazıçısı Habil Yaşardır. Dərnəyə işlərində daima uğurlar arzulayır, iki illiyi münasibətilə ürəkdən təbrik edirik! 

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)