GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Sevər Şəhabinin “Kürəyimə palan qoyun” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sevər Şəhabinin  şeirlərini  təqdim edir.

 

Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.

 

Pambıqları təpməmişdən

Qulağıma yalan qoyun.

Altıma əqrəb döşəyin,

Üstümə də ilan qoyun.

 

Yalanlara alışmışam,

Zəhər ilə qarışmışam,

Taleyimlə barışmışam,

Baş altıma saman qoyun.

 

Burda minlər endilər,

Nədənsə çox sevindilər!

Bəlkə orda da mindilər!

Kürəyimə palan qoyun.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)