ANONS: “Güneydən gələn səslər”də sabah Oğuz Məhəmmədikiya ilə görüşəcəksiniz

“Ədəbiyyat və incəsənət”in Güney təmsilçisi Əli Çağla sabah sizlərə Oğuz Məhəmmədikiyanın şeirlərini təqdim edəcək. 

Oğuzun 33 yaşı vardır. O Urmu şəhərində doğulmuşdur.

 

Əl apardım

İçimdəki qara ləkəni götürməyə

Əlimi gətirdiyimdə

Balalarını gətirmişdim ey vah qaranın.

 

Oynatdım həyatı

Geriyə saydım uzun incə yolu

Qayıtdım südəmərliyimə

Və boğdum gecələrin qarasını

Bilinc altımda

Bilincin altı var isə

Üstü də olmalı dedim özüm-özümə.

 

Döydüm nəm kimin

Xatirə qapısını

Həyata olan bic hissimin

Türkcəsini axtardım…

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2013)