GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Sevər Şəhabinin “Alzmayer” şeiri

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sevər Şəhabinin  şeirlərini  təqdim edir.

 

 

Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.

 

 

Yerlə göyün arasında,

Yıxılıb yatmağım gəlir.

Nə göylərə ulaşmağım,

Nə yerə batmağım gəlir.

 

Bu dünyanın binasını,

O dünyanın anasını,

Hurisini, sonasını,

Müftəyə satmağım gəlir.

 

Buraxıb etdiklərimi,

Qaytarıb yediklərimi,

Unudub dediklərimi,

Alzaymer tutmağım gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)