Rauf Məlikov Elşad Baratın “Şəhidlər” silsiləsində

“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.

 

Şəhid Məlikov Rauf Mahir oğlu

 

Şəhid Məlikov Rauf Mahir oğlu, 1988-ci ildə Ağsuda anadan olub.

Döyüşlər başlayandan bir gün sonra – sentyabrın 28-də Talış yüksəkliyində qəhrəmancasına həlak olub.

Vətənə əmanət 5 yaşında Zəhra adında bir qızı vardı. 2-ci qızı Gülcan o, şəhid olduqdan 27 gün sonra dünyaya göz açıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunması" medalı ilə təltif edilib.

 

Bir canını itirdin,

Qazandın min can, oğul.

Səni salamlayıram,

İgid, qəhrəman oğul.

 

Nə mən Dədə Qorqudam,

Nə sən Oğuz igidi.

Amma səndən yazıram,

Birdi Vətən şəhidi.

 

Sənin iki qızın var,

Mənim də iki qızım.

Dilim-ağzım quruyub,

Bilmirəm heç, nə yazım.

 

Şəhid qızı görəndə,

Doğma balam sanıram.

Öz qızımın üzünə

Baxanda utanıram.

 

Utanıram özümdən

İslandıqca varaqlar.

Nə olar ki, atasız

Böyüməsin uşaqlar.

 

 “Ədəbiyyat və incəsənət”

(19.12.2023)