“Xoşbəxt insanlar keçmişi az yada salar” - HÜMBƏT HƏSƏNOĞLUDAN 10 AFORİZM

 

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Göz vurmaq baxışla söz demək cəhdidir.

 

2.Özündə nələrin bədənə, nələrin isə ruha aid olduğunu bilən insan öz varlığına sahibdir.

 

3.Səni yaxşı tanıyıb hörmət edənləri ikiqat qiymət­ləndir.

 

4.Özünü sevindirməyə vaxt ayırmasan, kədər sənə vaxt ayıracaq.

 

5.Balın acısı olmaz, xoruzun da bacısı.

 

6.Xoşbəxt insanlar keçmişi az yada salar.

 

7.Burnunu başqalarının işinə soxursansa, bədəninin qalan hissəsi təhlükədə qalır.

 

8.Heç vaxt etməyəcəyin pisliklərin siyahısını içində gəzdir.

 

9.Yaddaşınızın küçələrində özünüzlə qarşılaşanda təəc­cüb­lənməyin, o, orda da yaşayır.

 

10.Mənəviyyatınız qarşınıza qoyduğunuz məqsədin əleyhinədirsə, uğura sevinə bilməyəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)