POETİK QİRAƏTdə Emin Pirinin “Üzü çopur səhralar”ı

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Emin Piri görüşür.

 

 

ÜZÜ ÇOPUR SƏHRALAR

 

Burda nə dərd-sər bitir,

nə din-kitab davası.

Göydə quştək vurulur

müsəlmanın duası.

 

Göydən dualar düşür

ətəyi, üzü qanlı.

Analar ağzı dualı,

analar diz çökübdü,

analar dizi qanlı.

 

Anaların ağzından

qanlı dualar qopur.

Üzün yırtır səhralar,

səhralar çopur-çopur.

 

Əllər göyə uzanıb

vurulan duaları

göydə saxlamaq üçün.

...Yer kürəsi əlində

qanlı duayla uçur.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)