POETİK QİRAƏTdə Ramiz Qusarçaylının “Mənə gaş atana şeir atıram” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Ramiz Qusarçaylı görüşür. 

 

“Mənə gaş atana şeir atıram”

 

Mənə daş atana şeir atıram,

Əzirəm yöndəmsiz qiyafələri.

Tutub sətirlərin çarpaz yerindən 

Çırpıram başına qafiyələri.

 

Mən şeir atıram daş atanlara,

Nə xiffət, nə fikir, nə naz çəkirəm.

Ağ şeir yazıram qara daşlara,

Qara niyyətlərə bəyaz çəkirəm.

 

Nə bilir dalımca daş yağdıranlar,

Şeir yağdırıram mən o daşlara.

Nə bilir daş atıb ürək qıranlar

Söz üzü ağ olur, 

daş üzü qara.

 

Mənə daş atana şeir atıram,

Əzirəm daşlaşan qiyafələri.

Tutub sətirlərin ən sərt yerindən 

Çırpıram başına qafiyələri.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)