Nana Ekvtimişvili ilə görüşün təəssüratı

Pərviz Seyidli yazır

 

“Ədəbiyyat və incəsənət” gənc yazar Pərviz Seyidlinin 9-cu Beynəlxalq Kitab Sərgisində gürcü yazarı Nana Ekvtimişvilinin imza günündən təəssüratlarını təqdim edir. 

 

 "Buker" mükafatının uzun siyahısına düşmüş gürcü yazıçısı, ssenaristi və rejissoru Nana Ekvtimişvilinin imza günü idi. Onun "Armudlu düzəngahı" romanını iki il əvvəl oxumuşam, hətta haqqında da yazmışam. Mənə çox təsir etmişdi. Həqiqətən, yaxşı romandır. Yazıda da qeyd etmişdim ki, yazıçının ssenaristliyi hər səhifədə hiss olunur. Bu gün Nana xanımla görüşdük, kitabımı imzaladı. Dostlardan biri bizi ayaqüstü tanış etdi. Çox təvazökardır-bütün istedad sahibləri kimi. 

 

"Armudlu düzəngahı" əla romandır, amma əlçatmaz, ünyetməz əsər deyil. Yazıla bilən romandır. Bir gün bizim də ədəbiyyat coğrafiyamızı genişləndirmək ümidilə. Mən inanıram. 

Bu gün sərgiyə gələn oxucuları görəndə həmişə dediklərim bir daha təsdiqini tapdı:  Oxucu da var, yazıçı da. Sadəcə, onları görüşdürmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)