Sevər Şəhabidən “Cəhənnəm-cəhənnəm” - İRTİCAÇI REJİMƏ QARŞI Featured

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında gedən şeirlərdən ən diqqətçəkənlərindən biri Sevər Şəhabinin “Cəhənnəm-cəhənnəm” şeiridir. Burada fars-molla rejiminin mənfur siyasəti faş olmurmu, olur. 

 

 

CƏHƏNNƏM - CƏHƏNNƏM

 

Pambıqları təpməmişdən,

Qulağıma yalan qoyun.

Altıma əqrəb döşəyin,

Üstümə də ilan qoyun.

 

Yalanlara alışmışam,

Zəhər ilə qarışmışam,

Taleyimlə barışmışam,

Baş altıma saman qoyun.

 

Burda minlər endilər,

Nədənsə çox sevindilər!

Bəlkə orda da mindilər!

Kürəyimə palan qoyun.

 

«Ədəbiyyat və incəsənət”

(17.10.2023)