Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Rate this item
(0 votes)

Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb. 

AAY-dən verilən məlumata görə, müəllifin uzunillik zəhmətinin bəhrəsi olan “Darvaz” adlı bu kitabda Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndi haqqında tarixi-etnoqrafik oçerklər və folklor araşdırmaları yer alıb.

 

“Bakı mətbəəsi” ASC-də yüksək poliqrafik tərtibatda işıq üzü görən 32,5 çap vərəqi həcmli kitabda, eyni zamanda, təkcə Borçalıda deyil, bütövlükdə Gürcüstanda ən böyük kəndlərdən biri olan Darvaz kəndinin tarixi simaları, Azərbaycan elminə və mədəniyyətinə sanballı töhfələr bəxş etmiş elm və sənət adamları, görkəmli maarif və səhiyyə işçiləri, Birinci və İkinci Qarabağ müharibəsində şəhid və qazi olmuş darvazlılar haqqında öçerklər və digər publisistik yazılara da geniş yer ayrılıb. 

Bir kəndə həsr olunsa da, kitab Gürcüstanda yaşayan soydaşlarımızın tarixi, adət-ənənəsi və folklorunun öyrənilməsi baxımından qiymətli nəşrdir və geniş oxucu kütləsi ilə yanaşı, müvafiq elm sahələrinin mütəxəssisləri üçün də əhəmiyyətlidir.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)