“İstiqlal” ordeni verilən Rasim Balayev: “Təbrik edən də sağ olsun, etməyən də”

Rate this item
(0 votes)

“Sağ olsun Azərbaycan Prezidenti. Düzü, belə bir təltifi gözləmirdim. Sağ olsun Prezidentimiz ki, işinin çoxluğuna və gərginliyinə baxmayaraq, məni də diqqətdə saxlayıb. Mənim bu vaxtadək sərf elədiyim əməyimə verilən ən böyük mükafatlardan biri də İlham Əliyev tərəfindən bu gün “İstiqlal” ordeni ilə təltif edilməyimdir”.

 

Bunu Bizim.Media-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, ad günü sabah olsa da, artıq təbriklər bu gündən gəlməyə başlayıb:

“Heç kimdən ummuram, küsmürəm. Təbrik edən də sağ olsun, etməyən də. Mən ancaq ərk etdiyim yaxın dostlarımdan, əzizlərimdən umub-küsə bilərəm. Başqa heç kimdən”.

Xalq artisti sabahkı yubileyini harada və kimlərlə keçirəcəyi ilə bağlı suala da aydınlıq gətirib:

 

“Vallah, elə bir tədbir planlaşdırmamışam. Yəqin ki, ailəlikcə yığışacağıq. Dost-tanışların da gələcəyi gözlənilir. Başqa bir planım yoxdur”

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)