Bu gün Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı təqdim olunacaq

Rate this item
(0 votes)

Mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb. 

Kitabda ustad jurnalistin 2017-2020-ci illərdə dərc edilmiş publisistik qeydləri toplanıb.

 

Şakir Yaqubov müxtəlif illərdə qələmə aldığı “Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının müəlliflərindəndir. O, bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktoru olub. 

1989-cu və 2005-ci illərdə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 

Kitabın redaktorları Elşən Əliyev, Süleyman Qaradağlı, Hikmət Sabiroğlu və Azər Qaraçənlidir. 

Bu gün saat 14-də Mətbuat Şurasında kitabın təqdimatı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2023)