“İnancdan mədəniyyətə” Xalça Muzeyində təqdim olunub

Rate this item
(0 votes)

 

Azərbaycan Milli Xalça Muzeyində rəssam, kinorejissor, incəsənət nəzəriyyəçisi Teymur Daiminin “İnancdan mədəniyyətə” (“От Культа к Культуре”) kitabının təqdimatı keçirilib.

Müəllif mədəniyyətin mənəviyyat, iman, ənənə, mistisizm, həmçinin digər müasir problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün qələmə aldığı kitab haqqında ətraflı məlumat verib. 

Teymur Daimi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Qonaqlara həmçinin “İnancdan mədəniyyətə” (“От Культа к Культуре”) kitabı hədiyyə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)