Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib

Rate this item
(0 votes)

Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatından bir il keçməsi münasibətilə dramaturqun yaradıcılığına həsr olunan jurnal çapdan çıxıb.

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə çap olunan, Azərbaycan və rus dillərində yayımlanan jurnalın “Ön söz”ünü yazıçı, filologiya elmləri namizədi, teatr və ədəbiyyat tənqidçisi Natalya Davidovna Staroselskaya qələmə alıb.

Jurnalda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin sədri, Xalq artisti Rasim Balayevin, Xalq yazıçıları – Çingiz Abdullayevin, Natiq Rəsulzadənin, professor Rəhman Bədəlovun, Rusiya kinossenaristi Pavel Finnin, dövlət və ictimai və mədəniyyət xadimi Mixail Şvıdkoyun, kinorejissor, ictimai və siyasi xadim Yuli Qusmanın, Sovet və gürcü kinorejissoru, ssenarist Eldar Şenqelayanın, Özbəkistanın Əməkdar incəsənət xadimi, kinorejissor Zülfiqar Musakovun, Kino Mətbuatı Beynəlxalq Federasiyasının prezidenti Andrey Plaxov və başqalarının xatirələri yer alıb.

Jurnalın tərtibatçısı Fatimə İbrahimbəyova, dizayneri Xəyal Danyal, tərcümə edəni Rəbiqə Nazimqızı, nəşrin koordinatoru Əli İsa Cabbarovdur.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)