Musa Ələkbərlinin şeirlər kitabı çıxdı

Rate this item
(0 votes)

Azərbaycanda kitabın və ədəbiyyatın təbliği yönündə ən əhəmiyyətli iş görənlərdən biri də  professor Elçin İskəndərzadənin rəhbərlik etdiyi "Vektor" Beynəlxalq Elmlər Akademiyasıdır. Akademiyanın təsis etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı nüfuzlu mükafatdır, akademiya öz laureatlarının kitablarını da dərc etdirir.
Budur, bu iyun günlərində gözəl şairimiz Musa Ələkbərlinin “Sən elə bir sevdasan ki..." şeirlər kitabı "Vektor" Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Vektor" nəşrlər evinin  maliyyəsi hesabına nəfis şəkildə nəşr edilmişdir. Qeyd edək ki, Musa Ələkbərli ötən il Şahmar Əkbərzadə adına mükafata layiq görülmüşdü.
Elçin İskəndərzadənin yazdığı "Uca eşqin poeziyası" adlı lakonik və məzmunlu önsözlə açılan kitabda şairin lirik şeirləri yer almışdır. Ən çox “Sevgi şeirlərinə” görə sevilən ustad şairin kitabının geniş oxucu kütləsi, xüsusən gənclik tərəfindən seviləcəyi şübhəsizdir.