Detektivsevərlər üçün “Heroqliflərin sirri”

Rate this item
(1 Vote)

Ölkəmizdə detektiv janrı ən çox oxunan janr hesab olunur. Çingiz Abdullayev və Elxan Elatlının kitabları ən çox satılanlar cərgəsindədir. Bu sıraya gənc yazarlar da qoşulmaq niyyətindədirlər.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elbrus Kəlbiyevin yeni işıq üzü görmüş “Heroqliflərin sirri” kitabının təqdimat mərasimi və imza günü keçirilib. Tədbirdə  şair və yazıçılar, tələbələr iştirak ediblər.

O ki qaldı kitaba və müəllifə, bu barədə gəlin kitabxananın direktoru Aslan Cəfərovu dinləyək: 

“Elbrus Kəlbiyev kimi gənc yazarlar öz istedadları, mahir qələmləri sayəsində geniş oxucu kütləsi arasında tanınır və oxucu rəğbətini qazanır. İndiyə kimi altı romanı çap olunan E.Kəlbiyevin kitablarının bir çoxu Respublika Gənclər Kitabxanasının fondunda saxlanılır və oxucular arasında bu kitablara tələbat da çoxdur. Müəllifin kriminal və psixoloji detektiv sahəsində mahir qələm sahibidir”. 

Sonda müəllif imzalı kitablarını tədbir iştirakçılarına bağışlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)