Dünya Gənc Türk Yazarlar Birliyinin yeni nəşrində qələmi süngüyə çevirənlər əsas qəhrəmanlardır

Rate this item
(0 votes)

 

Sabah saat 15:00-da Dünya Gənc Türk Yazarlar Birliyinin, Gənclər Təşkilatları Milli Şurasının və Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçısı olan qələm sahiblərinin yaradıcılıq nümunələriindən ibarət "Əbədi sevgi - Vətən" kitabının təqdimat mərasimi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimat Əli Kərim adına Sumqayıt şəhər Poeziya evində keçiriləcək.

Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar  Birliyi tərəfindən çap olunub.