Markesin “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olunub

Rate this item
(0 votes)

 

Kolumbiyanın Azərbaycanda müvəqqəti işlər vəkili Maria Anxelika Stir Dövlət Tərcümə Mərkəzində qurumun rəhbəri, Xalq yazıçısı Afaq Məsudla görüşüb.

Mərkəzin yaydığı məlumata görə, görüş zamanı Azərbaycan–Kolumbiya ədəbiyyatlararası əlaqələr istiqamətində hazırlanan layihələr, ölkələrarası ədəbi mübadilələrin perspektivləri, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının Kolumbiyanın dövlət və ictimai kitabxanalarına, təhsil və mədəniyyət ocaqlarına yerləşdirilməsi, klassik və müasir Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin Kolumbiya, eləcə də digər Latın Amerikası ölkələrində tanıdılması ilə bağlı nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.

Sonra Markesin Azərbaycan dilində dərc olunmuş “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olunub.

“Kolumbiya xalqının fəxri Qabriel Qarsia Markesin əsərlərinin belə bir təkmil səviyyədə nəşrinə və təbliğinə görə dərin təşəkkürümü bildirirəm. Əsərlərin seçimi, kitabın tərtibatı yüksək peşəkarlıq və zövqlə hazırlanıb. Kitabın səfirlikdə geniş təqdimatını təşkil etməyi planlaşdırırıq”, - deyə Maria Anxelika Stir bildirib.