Hafiz Əhmədovdan “Varislərlə müsahibələr”

Rate this item
(1 Vote)

 

Jurnalist Hafiz Əhmədovun müəllifi olduğu "VARİSLƏRLƏ MÜSAHİBƏLƏR" kitabının birinci hissəsi işıq üzü görüb. Dünyanın harasında yaşamalarından aslı olmayaraq, Azərbaycanın tarixində mühüm yer tutan görkəmli şəxsiyyətlərin ailə üzvləri, varisləri ilə eksklüziv, tarixi müsahibələri, fotolarla birlikdə, ilk dəfə məhz bu kitabda yayımlanır. 

Kitab "Çapar" yayınlarına çap olunub. 

 

Hafiz Əhmədov yazır:

“Mən bir jurnalistəm, işim də başqalarına suallar verməkdir. Özümə verdiyim sual isə bu idi: "Görəsən, mənim başıma bir iş gələrsə bu qədər tarixi müsahibə, fotoların axı necə olacaq? Harada itib-batacaq?!" Bu sual məni çox narahat edirdi. Hörmətli Yusif İlhamoğlu bəy mənə zəng edib kitabla bağlı təklif edən zaman keçirdiyim hissləri heç vaxt unutmaram. Çünki, illərlə çəkdiyin əməyim, əziyyətim yerdə qalmayacaqdı. Bu müsahibələrin necə, hansı şəraitdə hazırlandığını isə bir mən, bir də Yaradan bilir...

Sonda isə bir məqamı da qeyd edim, sizə çoxları daş ata bilər. Çox əziyyətli olsa da siz həmin daşları bir yerə toplayın, üst-üstə qoyun, bir ev tikin, bir lampa da yandırın - işıq olsun.  

"VARİSLƏRLƏ MÜSAHİBƏLƏR" kitabı da məhz evlər, yanan işıqlardı. Bütün yollarımız aydın olsun...”