Xavier Serkasın “Təhrik” povesti Azərbaycan dilində yayımlanıb

Rate this item
(0 votes)

 

Yazıçı və tərcüməçi Məmməd Məmmədlinin ispan dilindən çevirdiyi Xavier Serkasın “El móvil” (Təhrik) əsəri “Rakuten Kobo” elektron kitab yayımı platformasında yerləşdirilib.

 

Setkasın ilk əsəri olan “El móvil” 2003-cü ildə İspaniyada “Tusquets” nəşriyyatında çap olunub. Povest vaxtilə İspaniyada bestseller olub və böyük oxucu auditoriyası qazanıb. Əsərin qəhrəmanı Alvaro hüquq məsləhətxanasında işləyən ədəbiyyat vurğunudur. Bir gün o, real hadisələr əsasında novella yazmaq qərarına gəlir. Bunun üçün o, üzünü qonşulara - maddi çətinlikdən əziyyət çəkən cavan bir ailəyə, pensiyaya çıxmış qaradinməz bir qocaya və yaşadıqları evin qapıçısı işləyən qadına tutur. Alvaro novellasını yazdıqca özündən xəbərsiz yaşadığı binada cinayət törədir. Ancaq buna baxmayaraq yazıçı reallığın novellaya bənzəmədiyindən peşman deyil.

Kitabı oxumaq istəyənlər https://www.kobo.com/ww/en/ebook/thrik?fbclid=IwAR0SzlC9A9H-8i3YeNUJWbVxizZQFUIvFrOuGqKnVAJkNyLIgsNgbZDns2U linkinə daxil ola bilər.