Fərid Hüseynin tərtib etdiyi “Sözün Natəvanı” kitabı çapdan çıxıb

Rate this item
(0 votes)

 

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilmiş “Sözün Natəvanı (Xurşidbanu Natəvana həsr edilən poemalar)” kitabı çapdan çıxıb.

 

Kitabın tərtibçisi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, şair-publisit Fərid Hüseyndir. Kitabın ilk səhifəsində oxuculara Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı təqdim edilib.

Qeyd edək ki, kitabdakı əsərlər hələ sağlığında “Xanqızı”, “El anası” və “Tək inci” adlandırılan xeyriyyəçi, böyük şairə Xurşidbanu Natəvananın həyatına və yaradıcılığına həsr olunub.