“Azərkitab”da şəhid Mehman Yusifovdan bəhs edən kitab təqdim olunacaq

Rate this item
(0 votes)

 

Sabah, iyunun 25-də “Azərkitab” kitab təbliğatı mərkəzində “Qarabağ” ordenlı şəhid Mehman Yusifovun həyat və döyüş yolundan bəhs edən “Ömür karvanım” adlı kitabın təqdimat mərasimi olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müəllifi Zəkiyyə Musaqızı olan kitab gənc nəslin vətənpərvər ruhda böyüməsinə hesablanaraq qəhrəman bir Azərbaycan oğlunun şərəfli ömür tarixçəsinə işıq tutur. 

 

Oxucularımıza xatırladırıq ki, hazırda “Azərkitab” yeni məkanda fəaliyyət göstərir. Azərbaycandakı Ukrayna Ticarət Evi rəhbərliyinin böyük qayğısı sayəsində kitab ocağı qapılarını yenidən kitabsevərlərin üzünə aça bilib. 

“Azərkitab”ın ünvanı belədir: A.Salamzadə küçəsi, 65 B (Atatürk prospekti ilə “Gənclik” metrosundan Ayna Sultanova abidəsi istiqamətində irəliləyərkən “Zivella” mebel evinin, “Bank of Baku”nun arxa hissəsində), Azərbaycandakı Ukrayna Ticarət Evinin inzibati binası. 

Əlaqə: 050 260 90 20; 

050 661 11 33.