Yazıçılar Birliyində “Vətən bağı al-əlvandır” kitabının təqdimatı olub

Rate this item
(0 votes)

 

Aprelin 5-də Azərbaycan Yazıçılar Birliyində tanınmış şair Gülxani Pənahın tərtib etdiyi “Vətən bağı al-əlvandır” kitabının təqdimatı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “SkyE” nəşriyyatında işıq üzü görən kitab İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Qələbəyə həsr edilib.

Təqdimatdan öncə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb, kitabın məziyyətlərindən danışıb.

Kitab müəllifin “Qalib Azərbaycanım” adlı “Ön sözü” ilə başlayır. 

Kitabın “Vətən... Vətən... Vətən...” bölümündə Ağabəyim Cavanşir, Abbas Səhhət, Əhməd Cavad, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Hadi, Səməd Mənsur, Almas İldırım, Nigar Rəfibəyli, Mədinə Gülgün, Rəsul Rza, Süleyman Rüstəm, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə, Qabil və Əliağa Kürçaylının Vətən, Qarabağ, Bayraq mövzularında şeirləri dərc edilib.

Kitabın “Torpaq uğurunda ölən varsa...” bölümündə Anar, Asim Yadigar, Azər Turan, Adil Cəmil, Azadə Taleh, Çingiz Abdullayev, Çingiz Əlioğlu, Fərid Hüseyn, Gülxani Pənah, Elçin Hüseynbəyli, Emin Piri, Əşrəf Veysəlli, Fikrət Qoca, Xəyal Rza, Jalə Əliyeva, İlqar Fəhmi, Səlim Babullaoğlu, Rəşad Məcid, Zeynal Vəfa, Aygün Sultanlı və başqa yazarlarımızın Qarabağ mövzusunda qələmə aldıqları şeir, hekayə və esseləri yer alıb.

Tədbir çərçivəsində gənc ədib Aygün Sultanın “Yaz yağışı” və “Gülxani Pənahın poeziyası” kitablarının təqdimatı da keçirilib.