Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabı rus dilində də nəşr olundu

Rate this item
(0 votes)

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcidin əsasən sosial şəbəkə statuslarından ibarət “Qələmsiz yazılanlar” kitabı 2019-cu ildə işıq üzü görmüş, ölkə oxucuları tərəfindən maraqla qarşılanmışdı. "Mütərcim" nəşriyyatında Nərgiz Əfəndiyevanın tərcüməsində "Ne perom napisannıe" adı ilə kitab bu günlərdə rus dilində də nəşr olunub.
2 hissədən ibarət kitabın “Status-esselər” adlanan birinci hissəsində müəllifin təxminən on ildən çox zaman kəsiyini əhatə edən və sosial şəbəkələrdə yazdığı statusları toplanıb. Bu statuslarda Rəşad Məcidin ictimai hadisələrə operativ münasibəti yer alıb. Kitabın ikinci hissəsi olan "Sms-esselər" bölümündə isə onun sms yazışmaları toplanıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Ön söz”də qeyd edilir ki, "Rəşad Məcidin statusları və “sms-esseləri” müstəqillik dövr Azərbaycan sosial şəbəkə ədəbiyyatının yol xəritəsidir”.