Boris Akunindən yeni bestseller

Rate this item
(0 votes)

Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında tanınmış Rusiya yazıçısı Boris Akuninin “Kitecə yol” romanı işıq üzü görmüşdür. “Rus dövlətçiliyinin tarixi povestlərdə və romanlarda” seriyasından çıxan kitabın annotasiyasında qeyd edilir ki, bu roman ideya və macəra romanıdır, çünki Rusiyada ideya həmişə macəradır.
Hadisələr 19-cu əsrin ikinci yarısında, böyük reformlar, ictimai çalxalanmalar dövründə cərəyan edir. O dövrdə ki, ölkənin gedəcəyi yol müəyyənləşir və çox az adam məlumatlıdır ki, bu yol hara aparacaq.
Qeyd edək ki, kitab satışa çıxan kimi dərhal “Ən çox satılanlar” sırasında yer alıb.
Akunin çağdaş rus nəsrinin ən görkəmli nümayəndələri sırasındadır, milliyyətcə isə heç də rus deyil, gürcü Qriqoriy Çxartaşvilidir, Boris Akunin onun ədəbi təxəllüsüdür.