Təranə Dəmirin "Üşüyəndə özünü yandıran şair" adlı kitabı işıq üzü görüb

 

Şair- publisist, AYB və AJB- nin üzvü Təranə Dəmirin  "Mücrü"  nəşriyyatında "Üşüyəndə özünü yandıran şair" adlı kitabı işıq üzü görüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 7 məqalədən ibarət olan bu kitab şair- publisist Qulu Ağsəsin yaradıcılığından bəhs edir, kitabın ön sözünün müəllifi və redaktoru AYB və AJB- nin üzvü Nəzirməmməd Zöhrablıdır.

Xatırladaq ki, bu Təranə Dəmirin 8-ci kitabıdır və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

Təranə xanımı təbrik edir, uğurlar diləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)