İntiqam Yaşarın yeni kitabı çap olunub

Rate this item
(1 Vote)

 

 

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İntiqam Yaşarın "Adını çəkirəm" adlı yeni şeirlər kitabı çap olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı İntiqam Yaşardan yeni kitab barədə aşağıdakı bilgiləri alıb:

-Kitabda mənim son illərdə yazdığım poeziya nümunələri toplanıb.  Kitabda yer alan nümunələr əsasən fəlsəfi, vətənpərvərlik və sevgi mövzularını əhatə edir. Onu da qeyd edim ki, bu vaxta qədər mənim "İlk görüş",( Bakı-2012), "...və susarsan", (Bakı-2016), "Evdə yoxam", (Bakı-2016), "Bütün xatirələr sənə qalacaq", Təbriz-(2020) kitablarım çap olunub. Yeni çap olunmuş "Adını çəkirəm" şeirlər kitabının yaxın zamanlarda Azərbaycanda və Türkiyədə imza günlərinin təşkili nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2024)