İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub

Rate this item
(0 votes)

İstanbulun Fatih rayonunda yerləşən Böyük Yıldızxan sarayında Beynəlxalq Muğam Mərkəzinin (BMM) nəşrləri seriyasından filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlının “Son nöqtədən sonra…” adlı kitabının təqdimat mərasimi keçirilib.

 

BMM-dən bildiriblər ki, Muğam Mərkəzinin dəstəyi ilə təşkil olunan tədbirdə İstanbulda fəaliyyət göstərən müəllimlər, tələbələr, tədqiqatçılar, jurnalistlər iştirak ediblər.

Kitab Gülhüseyn Kazımlının ömrünün böyük qismini Türkiyədə keçirmiş görkəmli xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyev haqqında ikinci əsəridir.

“Salam Məşədi” adlı birinci kitabda ömrünün 33 ilini İstanbulda keçirmiş xanəndənin ömür yoluna nəzər yetirilib, onun Türkiyədəki həyatı yeni əldə edilən materiallar əsasında təqdim olunub.

“Son nöqtədən sonra…” kitabının ən önəmli məziyyəti isə mərhum xanəndənin və ailə üzvlərinin məzar yerlərinin dəqiqləşdirilməsi, eləcə də İstanbulda onu həyatda görmüş Kərim Mehmedzadə ilə müsahibənin yer almasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2023)