“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi nə ilə fərqlənir?

Rate this item
(0 votes)

 

Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” aylıq ədəbiyyat jurnalının 650-ci yubiley nömrəsinin tam fərqli çıxacağı gözlənilirdi. Tam fərqli çıxdı da. Bəs bu nömrənin əzəlkilərdən fərqi nədədir? 

 

Suala cavab almaq üçün “Ədəbiyyat və incəsənət” portalı jurnalın Baş redaktoru Qulu Ağsəslə əlaqə saxlayıb. Qulu Ağsəs söyləyib: 

-Cəfər Cabbarlı adın Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn nömrənin devizi “yeni nəsil-poeziya”dır. Özəl nömrənin məsul redaktoru və “Ön söz”ünün müəllifi gənc şair və ədəbiyyatşünas Ramil Əhməddir. Dərgidə 35 yaşa qədər olan 28 şairin-Aqşin Evrənin, Aygün Bayramlının, Arzu Hüseynin, Allahşükür Ağanın, qazi şair Cavid Qasımovun, Cahan Seyidzadənin, Eminqueyin, Əlibalanın, Fərid Hüseynin, Furqan Sadıqın, Gülay Tahirlinin, Günel Şamilqızının, Habil Rzanurun, Həsən Kürün, İntiqam Yaşarın, Malik Atilayın, Nadir Yalçının, Nizami Bayramlının, Ramil Əhmədin, Rəvan Cavidin, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin, Səddam Laçının, Sərdar Aminin, Şəhriyar del Geraninin, Şəfa Vəlinin, Şahanə Muşfiqin və Ulucay Akifin şeirləri yer alıb.

Bundan başqa, yubiley nömrəsində məşhur rus yazıçı Sergey Lukyanenkonun “Dərgidə kitab” rubrikasında “Çin alışdırıcıları satan qızcığaz” hekayəsi yer alıb ki, onu da  dilimizə Seyfəddin Hüseynli tərcümə edib. “Dərgidə sərgi” rubrikasında rəssam Yaşar Səmədovun əsərləri təqdim edilib. Bir sözlə, əsl oxunulası “Ulduz”dur. 

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)